Cəmiyyət

“Ermənilər uşaqlara hərbi geyimlər və silahlar veriblər” – Ombusdman

Qırx dörd günlük müharibə dövründə Ermənistan silahlı qüvvələri tərəfindən əsir alınan azərbaycanlı hərbi qulluqçuların əsirlik dövründə qarşılaşdıqları işgəncə və təzyiqlər tərəfimizdən hesabat şəklində hazırlanaraq beynəlxalq qurumların diqqətinə çatdırılıb. Azərbaycan torpaqlarının işğaldan azad olunması dövründə Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç bir mülki obyekt və mülki əhali hədəfə alınmayıb.Bu sözləri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı ilə bağlı keçirilən konfransda söyləyib.O bildirib ki, həmin döyüşlər zamanı Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif yollarla hədəf yayındırmağa çalışaraq mülki əhaliyə, o cümlədən jurnalistlərə, din xadimlərinə və hətta uşaqlara hərbi geyimlər və silahlar verilib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər