Cəmiyyət

Nazirlik vətəndaşlara xəbərdarlıq edib

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi vətəndaşları təşkilatların adından həyata keçirilən fişinq kampaniyaları barədə xəbərdar edib.
Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, kiberdələduzlar istifadəçiləri tələyə salmaq və fərdi məlumatlarını ələ keçirmək məqsədilə onlara təşkilatların adından saxta SMS-lər göndərirlər, bu SMS-dəki linklərə keçid etməyi təklif edirlər. Keçidə daxil olduqdan sonra bank kartları məlumatlarını daxil etmələri tələb olunur.
“Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu vətəndaşlar alınan hər mesaja şübhə ilə yanaşmalı, məktublardakı linklərə keçid etməməli, bank və digər məlumatlarını qeyd etməməlidirlər”, – deyə məlumatda vurğulanıb.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər