Cəmiyyət

“Qarabağ” bu gün lider ola bilər

Bu gün Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.Son gündə çempion “Qarabağ” meydana çıxacaq.Ağdam təmsilçisi çempionatın sürpriz komandalarından olan “Araz-Naxçıvan”la qarşılaşacaq. Qadınlardan ibarət Azərbaycan millisinin Millətlər Liqasındakı matçı “Dalğa Arena”da keçiriləcəyindən, Naxçıvan təmsilçisi rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.Bu turda “Zirə” büdrədiyindən, “Qarabağ” qələbə qazanacağı halda vahid liderliyə yüksələcək. Əks təqdirdə isə “Araz-Naxçıvan” ikinci pillədəki rəqibi ilə xal fərqini aradan qaldıracaq.Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Səbail”lə (2:2), “Sumqayıt” “Qəbələ” ilə (0:0) bərabərə qalıb, “Turan Tovuz” “Kəpəz”ə (4:0), “Sabah” isə “Neftçi”yə (1:0) qalib gəlib.Premyer LiqaXI tur30 oktyabr (bazar ertəsi)19:00. “Araz-Naxçıvan” – “Qarabağ”Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.Hakim-inspektor: Ceyhun Haşımov.AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.Tofiq Bəhramov adına Respublika stadionu. Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) – 7, Aleksandr Ramalinqom (“Səbail”) – 5, Pedro Nuno (“Səbail”) – 4.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər