Dünya

Blinken oğlunu Zelenski kimi geyindirdi

ABŞ dövlət katibi Entoni Blinken Ukrayna ilə bağlı diqqət çəkən jest edib.
Xarici KİV xəbər verir ki, ABŞ prezidenti Co Bayden və birinci xanım Cil Bayden “Halloween” bayramı münasibətilə Ağ Evdə şənlik keçiriblər.  Tədbirdə  ABŞ dövlət katibi Entoni Blinken və  uşaqları da iştirak edib. 
Belə ki,  Amerika lideri ilə tanış olan balaca Blinkenlərin geyimi gündəm olub. Entoninin oğlu Ukrayna prezidenti Volodimir Zelenski, qızı isə Ukrayna bayrağının rəngində kostyum geyinib.  
“Oğlu köynək və xaki şalvar geyinmişdi. Bu geyimin Ukrayna prezidenti Volodimir Zelenskinin məşhur obrazı ilə oxşarlığını tanımaq çətin deyildi”, – deyə Ukraynanın “24” telekanalının materialında deyilir.
Qeyd olunur ki, Zelenski 2022-ci ildə ABŞ prezidenti ilə görüşə oxşar obrazda gəlib.  
ABŞ-da “Halloween” ən məşhur bayramlardan biridir. Noyabrın 1-nə keçən gecə qeyd olunur. Hər il Ağ Evdə “Halloween” şənliyi keçirilir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin