Dünya

Paketin pulunu verməyən müştərinin qulağını dişlədi

Novorossiyskdə ərzaq mağazasında kassir müştərinin qulağını dişləyib.
Rusiya mediası bildirir ki, axşam saatlarında kişi mağazaya gedərək alış-veriş edib. Ödəniş zamanı kassir ondan paketin də pulunu ödəməsini istəyib. Lakin müştəri ödənişdən imtina edib.
Bildirilir ki, kassir özündən çıxaraq, müştərini söyüb və söhbəti küçədə davam etdirməyi təklif edib.
Onlar arasında söz mübahisəsi davaya çevrilib. Nəticədə Novorossiysk sakini olan kassir mağazanın müştərisini divara sıxıb, sol qulağını dişləyib və qaçıb.
O, tezliklə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və daha sonra məhkəmə onu 3 il müddətinə azadlıqdan məhrum edib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin