Cəmiyyət

Avtomat və qumbara könüllü polisə təhvil verildi

Profilaktik tədbirlər nəticəsində odlu silahlar və partlayıcılar könüllü təhvil verilir.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Babək rayon sakini 1 ədəd “AK-74” markalı avtomat silahı, 131 ədəd patron və 4 ədəd patron darağını könüllü olaraq Naxçıvan Şəhər Polis İdarəsinə, Şəmkir rayon sakini olan iki nəfər isə qanunsuz saxladıqları “İJ” və “TOZ-63” markalı tüfəngləri könüllü olaraq Şəmkir Rayon Polis Şöbəsinə təhvil veriblər.Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat üzrə 1 ədəd RQD-5 qumbarası, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngini təhvil götürüblər.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər