Dünya

Narkotik aludəçisi olan model reabilitasiya mərkəzinə yerləşdirildi

Bir vaxtlar şou-biznesdə Təhminə adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimovanın anası qızının narkotik aludəçisi olduğunu açıqlayıb. Axsam.az xəbər verir ki, Təhminə müalicə almaq üçün reabilitasiya mərkəzinə yerləşdirilib. Bu barədə aparıcı Elgiz Əkbər televiziyada yayımlanan verilişlərdən birində deyib. Verilişə virtual qoşulan Təhminə bir neçə gündür müalicəsinin başladığını söyləyib.
 
Qeyd edək ki, Təhminə İngiltərə vətəndaşı olan iş adamı ilə ailə qurub. Həmin şəxs Təhminəyə çoxlu ev alıb. Modelin həmin şəxsdən övladı dünyaya gəlib. O bildirib ki, narkotik istifadə etdiyi üçün həyat yoldaşı ondan ayrılıb. Rövşanə Kərimovanın anası sözügedən verilişə çıxaraq qızının milyonluq evlərini satdığını açıqlayıb. Təhminə Faiq Ağayev, Samir Bağırov, Fərhad Bakinski kimi sənət adamlarının kliplərində çəkilib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin