İş adamı İnan Kıraç qızı İpek Kıraçın onun bütün var-dövlətinə əl qoymaq istədiyini əsas gətirərək övladlıqdan çıxarıb.
“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, bunun üçün o, məhkəməyə müraciət edib.
İnan Kıraç hələ 2020-ci ildə xanımı Suna Koçun ölümündən sonra qızının adına olan səhmlərin geri alınması üçün məhkəməyə müraciət etmişdi.
İpek Kıraç da qarşılıqlı olaraq atasını məhkəməyə verib. O, atasının əmlakının müsadirə olunmasını istəyib.