Dünya

Məşhur cütlüyün vəkili də saxlanıldı

Türkiyəli fenomenlər Engin Polat və həyat yoldaşı Dilan Polatın vəkili Haydar Enes Çetinkaya da saxlanılıb.

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, Çetinkaya bir ay əvvəl canlı yayımda çıxış edərək Polat ailəsini müdafiə etmişdi.

Cinayət törətmək məqsədi ilə qruplaşma yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarının pozulması cinayətləri üzrə barələrində həbs qərarı çıxarılan Dilan-Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 nəfər şübhəli də saxlanılıb. Vəkilin də həmin şübhəlilər arasında olduğu öyrənilib.

Əməliyyat zamanı saxlanılanlar arasında Engin Polatın nənəsi Zəhra Yılmaz da olub. Lakin Yılmazın polis bölməsində ifadəsi alındıqdan sonra prokurorluğun qərarı ilə səhhətində yaranan problemə görə sərbəst buraxılıb. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin