Dünya

Tokayev Macarıstanın Baş nazirinə verdiyi sualla diqqət çəkdi

Xəbər verdiyimiz kimi, Macarıstanın baş naziri Viktor Orban Qazaxıstanda rəsmi səfərdədir.Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.Bildirilir ki, “Akorda” iqamətgahında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Macarıstanın Baş nazirinin təntənəli görüşü olub. Görüş zamanı Tokayev Macarıstanın baş nazirinin mənşəyinə toxunaraq, onun qıpçaq köklərinə işarə edib.“Sizi Qazaxıstanda yaxşı tanıyırlar və hörmət edirlər, çünki qıpçaq əsillisiniz”.Orban dəvətə görə təşəkkür edib və Macarıstan ilə Qazaxıstan arasında dərin tarixi əlaqələrin olduğunu vurğulayıb. “Evə gəlmək həmişə xoşdur. Macarlar Qazaxıstana böyük məmnuniyyətlə gəlirlər, çünki bizi minilliklərin ortaq kökləri birləşdirir”, – Orban bildirib.Hər iki ölkənin liderləri ikitərəfli münasibətlərin hazırkı vəziyyətini yüksək qiymətləndirib və əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.Əlavə edək ki, Qıpçaq Türkmənistanda kənddir. Ən çox məskunlaşan türkmən kəndlərindən biri hesab olunur. Orada əsas sakinlər türkmən dilində danışan yerli türkmənlərdir. Qıpçaqların sakinləri İslam dininə etiqad edirlər.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin