Dünya

“Playboy” dəfələrlə plastik əməliyyat olunan modeli “ideal qadın” seçdi (FOTO)

Norveçin “Playboy” jurnalı ideal qadını seçib.Bu ada 35 yaşlı braziliyaçlı model Janaina Prazeres layiq görülüb.Prazeres açıqlamasında bildirib ki, əslində bir neçə dəfə plastik cərrahlara üz tutub, ona görə də indiki görünüşü gənc yaşındakı görünüşündən bir qədər uzaqdır.Onun sözlərinə görə, xarici görünüşünü yaxşılaşdırmaq üçün 300 min dollar xərcləyib və peşman deyil. Model əmindir ki, gözəllik onun uğurlu karyerasının açarıdır.Model “Daily Star”a açıqlamasında “Özümü daha gözəl hiss etməyi xoşlayıram, hər zaman özünə hörmətimi artırmağa çalışıram. Daha yaxşı həyatın sirri budur. Ona görə də buna sərmayə yatıra bilsəm, qənaət etmirəm”, deyib.Prazeres artıq əməliyyat yolu ilə arıqlayıb, iki burun əməliyyatı, sinə böyütmə, omba böyütmə və gözəllik inyeksiyaları etdirib. O, həmçinin daha incə görünmək üçün hormon implantları və qabırğa sümüyünün çıxarılması əməliyyatı keçirib.Bundan əlavə, model idmanla fəal məşğul olur və psixi sağlamlığından narahatdır. O, hər gün psixoloqa müraciət etdiyini deyir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin