Dünya

Türkiyə oktyabrda 22,9 milyard dollarlıq məhsul ixrac edib

Türkiyə oktyabr ayında ixracat göstəriciləri üzrə 22,9 milyard dollarlıq rekord müəyyənləşdirib.AZƏRTAC xəbər verir ki, TRT Haber telekanalı bu barədə Türkiyənin ticarət naziri Ömer Bolata istinadla məlumat yayıb.“Cari ilin oktyabr ayında ixracatımız ötən ilin analoji dövrü ilə müqayisədə 7,4 faiz artaraq 22,9 milyard dollar təşkil edib. Biz ötən ay tariximizin ən yüksək ixrac göstəricisinə nail olduq”, – deyə nazir bildirib. Onun sözlərinə görə, Türkiyə ilin əvvəlindən bəri 254,4 milyard dollarlıq mal ixrac edərək bu sahədə rekorda imza atıb.Qeyd edək ki, Türkiyə hakimiyyəti ilin sonunadək ixracatı 265 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyub.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin