Dünya

“Moskva Ermənistan-Azərbaycan münasibətlərində irəliləyiş görür” – Zaxarova

Cənubi Qafqazda kommunikasiyaların bloklanması üzrə üçtərəfli işçi qrupunun artıq 12 iclası keçirilib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova brifinqdə bildirib.
“Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupu regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə məşğuldur”, – rəsmi ifadə edib. 
Bizim dərin əminliyimizə görə, bu proses Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayır, sabitləşməyə və bütün Cənubi Qafqazın tranzit və logistik potensialının aşkarlanmasına töhfə verir.
Üç ölkənin liderləri bu üçtərəfli işçi qrupunu 2020-ci ilin payızında, Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan bir neçə ay sonra yaratmaq qərarına gəliblər. Artıq bu qrupun 12 iclası keçirilib. “Regional logistika infrastrukturunun hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün xeyli iş görülüb.
Zaxarovanın sözlərinə görə, “bütün tərəflər üçün faydalı olacaq paket həllə nail olmağa çox yaxındır”
“Əvvəlki kimi biz indi də üçtərəfli bəyanatlar əsasında regional kommunikasiyaların blokdan çıxarılması proseslərinə, o cümlədən ən yüksək səviyyədə lazımi dəstəyi göstərməyə hazırıq”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin