Hadisə

“Pazfarm” insanların vəsaitlərini mənimsəyərək, aradan çıxdı

Azərbaycanda 100-lərlə insanın minlərlə manat xərclədiyi “Pazfarm” şəbəkəsi vəsaitləri mənimsəyərək, aradan çıxıb.

Bu barədə tanınmış texnobloger Fərid Pərdəşünas sosial şəbəkədə yazıb. O, qeyd edib ki, platformada 50.000 manata qədər pulu batan insanlar var.

“Pazfarm” insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazandıran platforma idi. Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan pulların geri qayıtması mümkünsüz görünür. Zərərçəkən sayı çoxdur. İnsanlar təlaş içində hüquq mühafizə orqanlarına müraciət edirlər”-deyə texnobloger yazıb.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.