Cəmiyyət

“Bənövşə” restoranı bağlandı

Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) Şəki şəhəri B.Vahabzadə küçəsi, Kiş yolunda fəaliyyət göstərən, fiziki şəxs Əliyev Namiq Mabud oğluna məxsus “Bənövşə” restoranın fəaliyyətini məhdudlaşdırıb.Bu barədə AQTA-dan məlumat verilib.Bildirilib ki, baxış zamanı ictimai iaşə müəssisəsində sanitar-gigiyenik qaydalara əməl edilmədiyi, temperaturun monitorinq və qeydiyyatının aparılmadığı, müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi, işçi heyətin xüsusi geyim forması ilə təmin edilmədiyi və digər nöqsanlar müəyyən olunub.Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə işlərin görülməsinə, xidmətlərin göstərilməsinə dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər