Dünya

Borrell Yaxın Şərqə səfər edəcək – YENİLƏNİB

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell noyabrlın 16-da Yaxın Şərqə səfər edəcək.

APA xəbər verir ki, o, bu barədə X paylaşımında bildirib.

“Mən bu həftə İsrail, Fələstin, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər və İordaniyaya səfər edərək regional liderlərlə humanitar yardım və siyasi məsələləri müzakirə edəcəyəm. Bizə iki dövlət həllinə baxan siyasi üfüq lazımdır. Buna ancaq dialoq yolu ilə nail olmaq olar”, – o qeyd edib.

Borrell İsrailə gedəcək.

APA “ynet news”a istinadən xəbər verir ki, Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell noyabrın 16-da İsrailə gedəcək.

Ali Nümayəndə Borrell İsraillə həmrəylik nümayiş etdirmək üçün İsrailə səfər edəcək.

Səfər çərçivəsində o, İsrail Prezidenti İsxaq Herzoq, xarici işlər naziri Eli Kohen və HAMAS-ın girov götürdüyü şəxslərin ailələri ilə görüşlər keçirəcək.

Xatırladaq ki, ötən il Aİ-nin Ali Nümayəndəsi İsrailə səfərlə bağlı müraciət etsə də, İsrail hökuməti onun səfəri üçün imkan yaratmayıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin