Cəmiyyət

Voleybol üzrə ordu birinciliyinə start verilib – FOTO

Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 2023-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən voleybol üzrə ordu birinciliyinə start verilib.
“Report”un məlumatına görə, Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən birincilikdə müxtəlif qoşun növlərini və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən 7 komanda mübarizə aparır.
Birinciliyin açılış mərasimində əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.
Açılış mərasimində çıxış edənlər Müdafiə Nazirliyinin rəhbərliyi adından iştirakçılara uğurlar arzulayıb, belə yarışların keçirilməsinin mahiyyətindən danışaraq idmanın döyüş hazırlığının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıblar.
Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının beynəlxalq dərəcəli hakimlər briqadasının idarə etdiyi voleybol üzrə ordu birinciliyi noyabrın 18-dək davam edəcək.
Yekunda qalib komandalar diplom, fəxri fərman və medallarla mükafatlandırılacaqlar.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər