Hadisə

Hamilə qadın güllələndi

Türkiyədə hamilə qadın odlu silahdan açılan atəş nəticəsində ölüb.
Yerli media bildirir ki, Şanlıurfanın Akçakale qəsəbəsində baş verib. Qonşularının evindən atəş səsi eşidən bina sakinləri polisə xəbər veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının və təcili tibbi yardım əməkdaşları 5 aylıq hamilə olan 24 yaşlı Fidda Uzunun odlu silahdan açılan atəş nəticəsində öldüyünü müəyyən ediblər.
Faktla bağlı qadının əri 24 yaşlı Ahmet Uzun saxlanılıb. O, ifadəsində ov tüfəngini təmizləyib yerinə qoyarkən ehtiyatsızlıqdan atəş açıldığını və nəticədə arvadının öldüyünü bildirib.
Hazırda araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.