Cəmiyyət

Xuraman Şuşalı: “Getdiyim qadın məclislərində xanımlar içki içirlər”

Müğənni Xuraman Şuşalı açıqlaması ilə gündəmə gəlib. 
Bizim.media xəbər verir ki, sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində iştirak etdiyi bəzi qadın məclislərində xanımlar alkoqol içdiyini bildirib. 
“İslam dini deyir ki, icki məclislərinə getmək haramdır. İçki və içki məclislərinə xidmət etmək haramdır. Məsələn, 10 il bundan əvvəl 5000 manata toylara gedirdim. İslama gəldikdən sonra, başımı bağladım və içki məclislərinə deyil, yalnız qadın məclislərinə yarı qiymətə getməyə başladım.
Lakin indi bütün xanım məclislərinə, bura aid edə bilmərəm, amma bəzi məclislərdə xanımlar içki içirlər. Onda mən 5000 deyil, yarı qiymətə 2500 manata içki məclisinə xidmət edirəm?” – deyə Xuraman vurğulayıb. 
İlahiyyatçı Elşad Miri isə Xuramanın bu sualına “Məni bu verilişə dəvət ediblər. Mən də gəlmişəm. Burada da kimsə içki içdi, mən günahamı girəcəyəm? Təbii ki, yox”, – deyə cavabını verib. 

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər