Dünya

Dilan və Engin Polat cütlüyünə daha bir ŞOK – Məhkəmə etirazlarını rədd etdi

Təxminən 10 gündür həbsdə olan Dilan və Engin Polat cütlüyünün azadlığa çıxmaları üçün verdikləri məhkəmə şikayəti rədd edilib.

İstanbul Anadolu Sülh Cəza Hakimliyi Polat cütlüyünün vəkillərinin həbsə etiraz tələblərini bu gün qiymətləndirib.

Belə ki, ötən cümə günü Polat ailəsinin vəkilləri İstanbul Anadolu Sülh Cəza Məhkəməsinə müraciət edərək həbsə etiraz ərizəsi təqdim ediblər.

Hakim heyəti vəkillərin bu vəsatətinin rədd edilməsinə qərar verib.

Ardınca iş tələbin qiymətləndirilməsi üçün İstanbul Anadolu Asliye Cəza Məhkəməsinə göndərilib.

Polatların həbsə etirazını qiymətləndirən İstanbul Anadolu 44-cü Asliye Cəza Məhkəməsindən də iddiaya rədd cavabı gəıib.

Qeyd edək ki, sosial media fenomeni Dilan Polat və əri Engin Polat noyabrın 1-də saxlanılıblar. Onlar çirkli pulların yuyulması, vergi qaçaqçılığı iddiası ilə mühakimə olunurlar.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin