Argentina və Braziliya yığmaları DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Amerika zonasının V turunda məğlub olublar.”Unikal” xəbər verir ki, son dünya çempionu öz meydanında Uruqvaya, “pentakampeonlar” isə səfərdə Kolumbiyaya uduzublar.Bu nəticələrdən sonra argentinalılar 12 xalla liderliyi qorusalar da, ikinci pillədəki Uruqvay fərqi 2 xala endirib. Kolumbiya 9 xalla üçüncü yerə yüksəlib. Hesabında 7 xal olan Braziliya isə beşinci pilləyə düşüb.DÇ-2026, seçmə mərhələCənubi Amerika zonasıV turBoliviya – Peru 2:0Venesuela – Ekvador 0:0Argentina – Uruqvay 0:2Kolumbiya – Braziliya 2:1Çili – Paraqvay 0:0Xal durumu: Argentina – 12, Uruqvay – 10, Kolumbiya – 9, Venesuela – 8, Braziliya – 7, Ekvador – 5, Paraqvay – 5, Çili – 5, Boliviya – 3, Peru – 1.
Argentina və Braziliya yığmaları məğlub olublar
