Dünya

Ermənistan Hindistandan yeni artilleriya qurğusu alacaq

Ermənistan Hindistandan yeni artilleriya qurğusu alacaq.

Bu barədə “Indian Defence Research Wing” nəşri yazıb: 
“Hindistanın müdafiə sənayesi üçün əhəmiyyətli bir inkişaf olaraq, bu ölkənin aparıcı artilleriya sistemləri istehsalçısı olan “Bharat Forge” şirkəti bu yaxınlarda nümayiş etdirdiyi “MArG 155” markalı təkərli özüyeriyən haubitsaların (açıq və örtülü yerlərdəki hədəfləri, habelə səhra müdafiə qurğularını məhv etmək üçün artilleriya silahı növü) Ermənistan üçün nəzərdə tutulduğunu təsdiqləyib. 

Məlumata görə, İrəvanın bu artilleriya qurğusunu sifariş etməsi ilə bağlı məlumatlar ilk dəfə mart ayında mediada yer alıb. 

Qeyd edək ki, “MArG 155” modeli 155 mm 39 kalibrli top və 4×4 təkərli şassi ilə təchiz edilmiş müasir artilleriya sistemidir”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin