Cəmiyyət

Cari ilin sonunda əfv sərəncamı gözlənilirmi? – AÇIQLAMA

“Cari ilin sonunda əfv sərəncamının olması ehtimalını yüksək hesab etmirəm”.Bu barədə oxu.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.O bildirib ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb:“Bu sərəncamın icrası may ayında baş tutub. Onu da qeyd edim ki, sonuncu əfv sərəncamı şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Cari ildə hər hansı əfv sərəncamının olması ehtimalını yüksək hesab etmirəm”.Qeyd edək ki, Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı 801 nəfərə şamil olunub. Ümumilikdə isə sonuncu imzalanan əfv sərəncamı ölkədə icra edilən sayca 69-cu əfv sərəncamı olub. Eləcə də 1996-ci ildən etibarən bu günə qədər 12 amnistiya elan olunması haqqında qərar qəbul edilib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər