Dünya

Deputatlar parlamentin iclasında tüstü bombaları atdılar – FOTO

Avropa İttifaqına namizəd ölkələrdən biri olan Albaniyada siyasi gərginlik səngimir.
Ölkənin müxalif Demokrat Partiyasının deputatları parlamentin bu gün keçirilən iclasına rəngli tüstü bombaları atıblar.
Bildirilir ki, parlamentin bugünki iclasında büdcə müzakirəsi nəzərdə tutulurmuş. Gərginliyə baxmayaraq, mübahisəli büdcə təsdiq olunub. Albaniyanın baş naziri Edi Rama, “Onlar küçənin dilini və yanaşmasını siyasətə gətirdilər. Onlar xaosa və zorakılığa əl atdılar”, – deyə açıqlama verib. 
Alban mətbuatı baş nazir Ramanın parlament binasına daxil olmasından sonra müxalifət siyasətçilərinin hərəkətə keçdiyini və fişənglər yandırdığını elan edib. Araşdırmalar zamanı məlum olub ki, müxalifət bloku tüstülü bombaları torbada gətirib əldən-ələ paylayıb.
Qeyd edək ki, ötən həftələrdə də parlamentin iclasında müxalif deputatlar iğtişaş yaratmışdılar. 

  • Deputatlar parlamentin iclasında tüstü bombaları atdılar - FOTO
0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin