Dünya

Dünyanın ən gözəl xanımı seçilmiş nikaraqualı Şennisin ƏSL PEŞƏSİ TƏƏCCÜBLƏNDİRDİ – FOTO

Nikaraqualı Şennis Palasios “Kainat gözəli” seçilib. 23 yaşlı gözəl finalı El Salvadorda təşkil edilən 72-ci beynəlxalq “Kainat gözəli” müsabiqəsinin qalibi olub. O, 84 rəqibini məğlub edərək tacı qazanmağa müvəffəq olub.
Xarici KİV xəbər verir ki, 23 yaşlı Palasios paytaxt Manaquada anadan olub və orada böyüyüb. İlk dəfə “Miss Lasallista” gözəllik yarışmasına qatılaraq qalib gəlib və müsabiqələrə maraq göstərməyə başlayıb.

Daha sonra Palasios, Manaquada Amerika Universitetinə daxil olub və “Beynəlxalq əlaqələr” ixtisası üzrə ali təhsil alıb. Universitet tələbəsi olarkən Palasios voleybol komandasında oynayıb.

“Kainat gözəli” olmazdan əvvəl Palacios Nikaraguada jurnalist kimi çalışırdı. Hazırda televiziya aparıcısı, model kimi fəaliyyət göstərir. Boyu 180 sm-dir. Video çəkməyi çox sevir. Şennis bir neçə dəfə digər gözəllik müsabiqələrində iştirak edib.

O, ötən gün baş tutan gecədə bunları söyləyib:
“Bu gecəni daxilimdə qoruyub saxladığım uşağa həsr edirəm. O xəyallarını gerçəkləşdirmək istəyən bir uşaqdır.
O elə bir bir xəyal idi ki, insanlar onu gerçəkləşdirə biləcəyinə inanmırdılar. Yalnız sizin xəyallarınızın və hədəflərinizin bütün maneələrdən daha böyük olduğunu başa düşdüyünüzdə onları reallaşdırmaq üçün qətiyyət, davamlılıq və ehtirasla mübarizə aparırsınız”.

Xatırladaq ki, gələn il 73-cü beynəlxalq “Kainat gözəli” yarışmasının Meksikada keçiriləcəyi gözlənilir. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin