Dünya

Ərdoğan sabah Əlcəzairə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair Demokratik Xalq Cümhuriyyətinin sədri Əbdülməcid Tebbunun dəvəti ilə Əlcəzairə gedəcək.”Unikal” xəbər verir ki, Rabitə Müdirliyindən səfərlə bağlı edilən yazılı açıqlamada, “Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Əlcəzair Demokratik Xalq Cümhuriyyətinin prezidenti Əbdülməcid Tebbun dəvəti ilə 21 noyabr 2023-cü il tarixində Əlcəzairə rəsmi səfər edəcək. Açıqlamada, “Prezidentimizin və Əlcəzair Prezidentinin sədrliyi ilə əlaqədar nazirlərin iştirakı ilə paytaxt Əlcəzairdə keçiriləcək Şura Toplantısı çərçivəsində keçiriləcək müzakirələrdə Türkiyənin bütün aspektləri- Əlcəzairlə son vaxtlar ciddi sürət qazanan münasibətlərə yenidən baxılacaq və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq”. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlər, xüsusilə də İsrailin Qəzzaya və işğal olunmuş Fələstin torpaqlarına hücumları ətrafında fikir mübadiləsi aparılacaq. Şura Toplantısı münasibəti ilə Türkiyə-Əlcəzair əlaqələrinin müqavilə əsasına əhəmiyyətli töhfələr verəcək müxtəlif razılaşma və anlaşmaların imzalanması da gündəmdədir”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin