Dünya

Müharibə bizim istədiyimiz qədər tez bitməyəcək – Zelenski

Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə bizim istədiyimiz qədər tez bitməyəcək. 
Bu sözləri “Fox News” kanalına danışan Ukrayna prezidenti Volodimr Zelenski söyləyib.
O, döyüş meydanındakı vəziyyətdən, Ukrayna xalqının yüksək motivasiyası və əzmindən, qələbəyə inamından danışıb.
Zelenski, həmçinin Ukraynanın azadlıq və dövlət uğrunda mübarizədəki səylərinə dünyanın diqqətinin saxlanmasının vacibliyini qeyd edib.
“İnsanlar nədənsə buna film kimi yanaşır və hadisələrdə uzun fasilələrin olmayacağını, gözlərinin qarşısındakı mənzərənin həmişə dəyişəcəyini, hər gün sürprizlərin olacağını gözləyirlər. Amma bizim üçün, döyüşçülərimiz üçün bu film deyil. Bunlar bizim həyatımızdır. Bu, gündəlik zəhmətdir. Və hər şey istədiyimiz qədər tez bitməyəcək, amma bizim imtina etməyə haqqımız yoxdur və bunu etməyəcəyik”,- deyə o vurğulayıb. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin