Dünya

Dişlərinin sayına görə Ginnesin Rekordlar Kitabına düşdü

Hindistan sakini dünyada ən çox dişə sahib qadın kimi Ginnesin Rekordlar Kitabına düşüb. “Unikal” xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.26 yaşlı hindistanlı Kalpana Balan tərəfindən müəyyən edilib. Onun 38 dişi var ki, bu da əksər insanlardan 6 diş çoxdur: alt çənədə əlavə 4 diş və yuxarı çənədə 2 diş.Balanın gəncliyində əlavə dişləri çıxmağa başlayıb. Bu proses ona heç bir narahatlıq yaratmasa da, valideynləri qızının həkimə müraciət etməsini və əlavə dişlərin çıxarılmasını tövsiyə ediblər. Lakin bu prosedurdan qorxduğu üçün qız dişlərini saxlamağa qərar verib.”Ginnesin Rekordlar Kitabına düşməyimə görə xoşbəxtəm. Bu, həyatımın əsas nailiyyətidir”, – deyə Kalpana bildirib. Qeyd edək ki, kişilər arasında da analoji rekord kanadalı Evano Melloneyə məxsusdur. Onun 41 dişi var.Tibbdə əlavə dişlərin olması hiperdentiya və ya poliodontiya adlanır.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin