Dünya

İnterpolun axtardığı ən təhlükəli dörd qadın

İnterpol Avropanın ən təhlükəli qadınlarının siyahısını paylaşıb. Hakimiyyət orqanları qadınların profilini paylaşaraq vətəndaşlardan kömək istəyib.Almaniyanın ən çox oxunan qəzetlərindən biri olan “Bild” bu qadınların haqqında məlumatları dərc edib. Qəzet “Bu qadınlarla yemək yeməyin” başlıqlı xəbərdə 4 qadının təfərrüatlarını paylaşıb.Slovakiyada yaşayan Eva Zamecnikova 2014-cü il yanvarın 24-də ərindən ayrılıb. Amma boşanmaqla deyil, qatilin köməyi ilə… Gülçü Zamecnikova cinayəti olan şəxslə sövdələşib. İnternetdə tapdığı kirayə qatillə ərini 50.000 dollara öldürtdürüb. 8 il müddətinə azadlıqdan məhrum edilən qadın 2014-cü ilin avqustunda doğum səbəbi ilə azadlığa çıxdıqdan sonra həbsxanaya qayıtmayıb və yoxa çıxıb.İsveçli Tania Qomez – 31 yaşlı gənc qadının mafiyaya yaxın olduğu bildirilir. İnterpolun məlumatına görə, Qomez narkotik alveri ilə məşğul olan mafiyanın təhlükəli üzvüdür. Avropada milyonlarla dollar və kiloqram narkotik daşıyan qadının “HundGarin” adlı ön heyvan hüquqları dərnəyindən istifadə etdiyi də qeydə alınıb. Gənc qadının narkotik alveri ilə yanaşı, çirkli pulların yuyulmasında da köməklik etdiyi bildirilib. Evinə basqın zamanı 500 min avrodan çox pul ələ keçirilərkən, gənc qadının 2021-ci ilin martından itkin düşdüyü də bildirilib.Sloveniyada yaşayan 33 yaşlı Marina Krambergerin çox qəribə həyatı var. İnsanları aldadaraq itkin düşən gənc qadın İnterpolun “axtarılanlar” siyahısında birinci yerdədir.2021-ci ildən axtarışda olan gənc qadın bir çox insanı aldatmaqda təqsirli bilinib. Avropa daxilində tez-tez səyahət edən və insanları aldadaraq cinayətlər törədən qadının daimi şərikinin olduğu da təxmin edilir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin