AFFA İntizam Komitəsi 2-ci liqa təmsilçisi “Dinamo”nun futbolçusu Yusif Cəfərovu cəzalandırıb. Qurumun saytı xəbər verir ki, buna onun Azərbaycan Kubokunun 1-ci təsnifat mərhələsində “Göygöl”ə qarşı oyunda hakimləri təhqir etməsi səbəb olub. Y. Cəfərov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 300 manat cərimə edilib. Qeyd edək ki, “Dinamo” sözügedən görüşdə “Göygöl”ə 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.
Azərbaycanda hakimi təhqir edən futbolçuya ağır cəza verildi
