Dünya

“Ermənistanın KTMT-dən çıxmasından hələ də söhbət getmir” – Baş katib

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasından hələ də söhbət getmir. 

Bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Minskdə jurnalistlərlə söhbətində deyib.

“Hazırda Ermənistanın KTMT-dən çıxmasından söhbət gedə bilməz”, – baş katib bildirib.

O qeyd edib ki, Ermənistan tərəfinin təşkilatda işi davam edir, KTMT çərçivəsində təmaslar iş rejimində irəliləyir. Məlumdur ki, Minsk sammitindən sonra KTMT baş katibi Ermənistana səfər edəcək.

Xatırladaq ki, ER baş naziri Nikol Paşinyan Minskdə keçirilən KTMT-yə üzv ölkələrin liderlərinin yekun sammitində iştirak etmir.

ER Müdafiə və Xarici İşlər Nazirliyinin rəhbərləri, həmçinin ER NA spikeri də təşkilatın tədbirlərində iştirak etməmək qərarına gəliblər. Eyni zamanda, Ermənistanın hökumət dairələri KTMT-dən çıxmaq məsələsinin İrəvanın rəsmi gündəliyində olmadığını iddia edirlər.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin