Dünya

Belçika və İspaniya səfirləri yenidən İsrail XİN-ə çağırıldı

Belçika və İspaniya səfirləri yenidən İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.”Unikal” xəbər verir ki, yəhudi dövlətinin Xarici İşlər Nazirliyi bildirir ki, bu ölkələrin baş nazirlərinin bəyanatlarına görə diplomatlar “qəti etirazlarını” bildirəcəklər.

“The Times of Israel” qəzetinin yazdığına görə, bu gün Belçikanın baş naziri Aleksandr De Kroo və İspaniyanın baş naziri Pedro Sançes Rəfah keçid məntəqəsinə baş çəkib və Fələstin anklavında daimi atəşkəsə çağırıblar.“Bu sözlərlə əlaqədar olaraq İsrailin xarici işlər naziri Eli Koen Belçika və İspaniya səfirlərinin sərt etirazlarını bildirmək üçün çağırılmasını əmr edib”, – deyə məlumatda bildirilir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin