Ödənişli yolun Xaçmaz rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı ikiyə çatıb.
Qəzada xəsarət alan şəxs -1964-cü il təvəllüdlü Babayev Xalis Abiddin oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həkimlərin səylərinə baxmayaraq o dünyasını dəyişib.
Onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Babayeva Təranə Ənvər qızı isə hadisə yerində aldığı xəsarətlərdən ölüb.
Ödənişli yolda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Nissan X-Trail” markalı avtomobil yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Hadisə nəticəsində Qusar rayon sakinləri – 1964-cü il təvəllüdlü Babayev Xalis Abiddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Babayeva Təranə Ənvər qızı isə hadisə yerində aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
