AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, qurumun İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.“Sabah” – “Qarabağ” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı klubu 800 manat cərimə edilib. Ağdam təmsilçisi isə azarkeşlərinin stadiona verdiyi zərəri (82 ədəd oturacağın sındırılması) ödəyəcək.“Qəbələ” – “Turan Tovuz” oyununda topdaşıyanların meydançaya daxil olması Qəbələ klubu 500 manat cərimələnməsinə səbəb olub. Matçda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə komanda 1500 manat cərimələnib.“Neftçi” – “Araz-Naxçıvan” görüşü bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə paytaxt təmsilçisi 800 manat ziyana düşüb. Qarşılaşmada “ağ-qaralar”ın azarkeşləri rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” 500 manat cərimə edilib.
AFFA bu klubları cərimələdi
