Cəmiyyət

Azərbaycanda hərbçilərə verilən bu pulun məbləği artırıldı – RƏSMİ

Azərbaycanda hərbçilərin ərzaq pulu 210-220 manat civarında artırılacaq. Report xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, hazırda Maliyyə Nazirliyi bu məsələnin üzərində işləyir: “Biz də istəyirik ki, verilən pul tezliklə artsın. Bu məsələ mütləq həll olunacaq”. Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Rauf Əliyev müzakirələrdə təklif edib ki, hərbçilərə verilən ərzaq pulu 62 manat artırılsın: “Hesab edirəm ki, bu da onların sosial müdafiəsinin gücləndirilməsinə müəyyən dərəcədə öz töhfəsini verə bilər”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər