Ukraynada hərbi əməliyyatlar zamanı daha bir rusiyalı general öldürülüb.
Ukrayna KİV xəbər verir ki, öldürülən hərbçi general-mayor Vladimir Zavadskidir.
İlkin məlumatlara görə, Zavadski avtomobilin minaya düşməsi nəticəsində ölüb. Hadisə noyabrın 28-də baş verib.
O, Rusiya Silahlı Qüvvələrinin 14-cü Ordu Korpusu komandirinin müavini vəzifəsini tuturdu.
Ukraynada daha bir rus general öldü
