Hadisə

Azərbaycanlı qadınları xaricdə satan HƏBS EDİLDİ

Azərbaycanda daha bir insan alverçisinə hökm oxunub.İnsan alverində şübhəli bilinən Pəri Abbasova Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.İdarədə aparılan araşdırma zamanı məlum olub ki, P. Abbasova müxtəlif vaxtlarda qadınları aldadaraq, həmçinin hədə-qorxu gələrək, cinsi istismar məqsədilə ölkədən kənara çıxarıb. Zərərçəkənləri apardığı ölkədə onların pasportlarını əllərindən alaraq, qanunsuz hərəkətlər törədib.Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrilə cinayət işi başlanılıb.Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə P.Abbasovanın əməlləri sübuta yetirilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.