Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.Hadisə Biləsuvar şəhərində qeydə alınıb.Belə ki, rayonun Amankənd kənd sakini, 1959-cu il təvəllüdlü Babaxan Ərəstun oğlu Əliyev evlərin birində təmir işi görərkən ölüb.Ev sahibinin sözlərinə görə, B.Əliyevin ölümünə səbəb hündürlükdən yıxılması olub.Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.
İşlədiyi evdə yıxılıb öldü
