Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin noyabrın 29-da qəbul etdiyi illik hesabatlarla bağlı bəyanat verib.”Unikal” xəbər verir ki, bəyanatda deyilir:Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi”, həmçinin “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul edilən illik hesabatlarında Azərbaycanla bağlı öz əksini tapmış beynəlxalq hüquqa zidd, qeyri-etik, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş gülünc və qərəzli fikirləri qətiyyətlə rədd edir.
Milli Məclis Avropa Parlamenti komitəsinin hesabatlarını PİSLƏDİ
