Mövzu ilə bağlı müzakirələrdə deputatlar Kamilə Əliyeva, Sədaqət Vəliyeva, Müşfiq Məmmədli, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi İmran Əliyev, Ədliyyə Nazirliyinin baş məsləhətçisi Aygün Şahbanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova çıxış ediblər. Müzakirələrdə ailə institutunun möhkəmləndirilməsi, erkən nikahların qarşısının alınması, qadın və uşaqların sağlamlığının qorunması, ailələrin sosial rifahının yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Çıxışlarda bu gün ölkəmizdə ailə siyasəti sahəsində möhkəm qanunvericilik bazasının olduğu bildirilib.Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova tədbirə yekun vuraraq, məsələnin vacibliyini bir daha qeyd edib və səsləndirilən təkliflərə münasibət bildirib.İctimai dinləmədə Bakı şəhər Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, aidiyyəti qurumların nümayəndələri, Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisdə dinləmə keçirilib
