Xankəndidəki Qarabağ Universitetində tədris olunacaq ixtisaslar açıqlanıb.Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.Onun sözlərinə görə, universitetdə birinci mərhələdə dörd fakültənin olması planlaşdırılır:“Bunlar müəllimlik, informasiya texnologiyaları, beynəlxalq ticarət və logistika, beynəlxalq münasibətlər fakültəsidir. Növbəti mərhələlərdə ixtisas seçiminin artırılması nəzərdə tutulur”.Nazir əlavə edib ki, planlardan biri elmi-tədqiqat fəaliyyətinin Qarabağ Universitetində təşkil edilməsidir.
Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar – SİYAHI
