Cəmiyyət

Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçildi

Bu gün Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yeni şeyxinin seçilməsi ilə bağlı İdarənin Ali Dini Şurasının iclası baş tutub.
“Aktual.ge” portalı xəbər verir ki, Ali Dini Şuranın səs çoxluğu ilə Hacı Faiq Nəbiyev 5 il müddətinə GMİ-nin şeyxi seçilib.
Məlumata görə, şeyx seçkilərində üç namizəd – Hacı Faiq Nəbiyev, Hacı Qurban Murquzov və Vidadi Qurbanov iştirak edib.
Bildirilir ki, 21 nəfərdən ibarət Ali Dini Şuranın bəzi üzvləri etiraz olaraq seçkidə iştirak etməyiblər.
Qeyd edək ki, Faiq Nəbiyev 1977-ci ildə Gürcüstanın Marneuli Bələdiyyəsində anadan olub. İlk ilahiyyat təhsilini Azərbaycanın Gəncə şəhərində “Gəncə Mədrəsəsi”ndə alıb. Daha sonra isə təhsilini İranın Qum şəhərində Dini Hövzə, həmçinin Beynəlxalq Əl-Mustafa Universitetində 5 il müddətində davam etdirib. Bu təyinatdan əvvəl isə 2002-ci ildə “Alul Beyt” Dini Mədəni Maarif Mərkəzi təsis olunduqdan sonra bu günə kimi sözügedən mərkəzdə müdir vəzifəsində çalışıb.
Xatırladaq ki, bundan əvvəl GMİ-nin şeyxi Ramin İgidov idi.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər