Dünya

İlham Əliyev Rumıniya Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Verner İohannisə təbrik məktubu göndərib.Məktubda deyilir:”Hörmətli cənab Prezident,Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.Azərbaycan-Rumıniya münasibətləri xoş ənənələrə malikdir. Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi və gündən-günə genişlənməsi məmnunluq doğurur.Bu gün ölkələrimiz arasında əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, son dövrdə həyata keçirilən ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm təmaslar strateji tərəfdaşlığımızın möhkəmlənməsinə, siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə birgə fəaliyyətimizin geniş potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcəkdir.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Rumıniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin