Dünya

NATO-nun baş katibindən Ərdoğana ÇAĞIRIŞ

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Ərdoğanı İsveçin alyansa üzvlük ərizəsinin ratifikasiyasını başa çatdırmağa çağırıb.

Stoltenberq Türkiyənin İsveçin alyansa daxil olmasını ratifikasiya etməsi üçün konkret bir tarix deyə bilməyəcəyini də vurğulayıb.
“Bu səhər prezident Ərdoğanla görüşdüm və sözlərimi təkrarladım ki, İsveçin üzvlük prosesini başa çatdırmağın vaxtı çatıb.
Eyni zamanda alyansın baş katibi bildirib ki, o, Türkiyənin İsveçin üzvlüyünü ratifikasiya etməsi üçün konkret bir tarix deyə bilməz, lakin Ərdoğanın ölkənin NATO-ya qəbulu ilə bağlı sənədləri parlamentə təqdim etməsi faktını alqışlayır.
Finlandiya və İsveç 2022-ci ilin mayında Ukraynada baş verən hadisələr fonunda NATO-ya üzv olmaq üçün ərizə təqdim ediblər. Finlandiya aprelin 4-də alyansın 31-ci üzvü olub. İsveçin müraciəti hələ də Macarıstan və Türkiyə tərəfindən yekun təsdiqini almayıb.
İsveç Avropa İttifaqının üzvü kimi Ərdoğanla danışıqlarda ərizənin ratifikasiyası müqabilində Türkiyənin Aİ-yə daxil olması prosesinin intensivləşdirilməsinə kömək etmək barədə razılığa gəlib. Bununla yanaşı, Stoltenberq bildirib ki, İsveçin NATO-ya qəbulu və Türkiyənin Aİ-yə qəbulu məsələləri “bir-biri ilə əlaqəli deyil”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin