Belarus prezidenti Aleksandr Lukaşenko Pekinə səfər edib.
Bu barədə Belarus liderinin mətbuat xidmətinə yaxın “Pool of the First” Telegram kanalı məlumat yayıb.
“1 nömrəli təyyarə Pekində eniş edib”, – nəşr yazıb.
Bundan əvvəl Lukaşenkonun dekabrın 3-4-də Çinə səfər edəcəyi və orada Çin prezidenti Si Cinpinlə görüşəcəyi bildirilirdi. Onların Pekində baş tutacaq danışıqlarının gündəliyinə ticarət-iqtisadi, investisiya və beynəlxalq əməkdaşlıq məsələləri daxildir. Səfər proqramına bir sıra sosial və humanitar tədbirlər də daxildir.