Hadisə

Qəbələdəki insidentlə bağlı polis əməkdaşı işdən ÇIXARILDI

Dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, o saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.

Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.