Sovet İttifaqı Qəhrəmanı, rusiya Hərbi Hava Qüvvələrinin general-mayoru Aleksandr Soluyanov vəfat edib.
Rusiya mediası xəbər verir ki, 69 yaşında vəfat edən generalın ölüm səbəbi bilinmir. Qeyd edək ki, Soluyanov Əfqanıstan və Çeçenistanda xidmət edib. O, 1984-cü il noyabrın 23-də paraşüt batalyonuna komandirlik etdiyi Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən göstərdiyi şücaət və qəhrəmanlığa görə SSRİ Qəhrəmanı adını alıb. Orada 70 hərbi əməliyyatda şəxsən iştirak edib.