Türkiyə vətəndaşlarının Qəzza zolağından təxliyə işləri bərpa edilib. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin media müşaviri Öncü Keçeli açıqlayıb.Bildirilib ki, bu çərçivədə dekabrın 2-də Türkiyə vətəndaşları və onların ailə üzvləri olmaqla ümumilikdə 142 nəfər Qəzzadan Misirə keçirilib. Bu şəxslərin bu gün axşam saatlarında Qahirədən İstanbula gətirilməsi planlaşdırılır.Təxliyələr davam edir.
Türkiyə vətəndaşlarının Qəzzadan təxliyəsinə başlayıb
