Dünya

Azərbaycan və Özbəkistanın hakim partiyaları arasında memorandum imzalanacaq

Azərbaycan və Özbəkistanın hakim partiyaları arasında memorandum imzalanacaq.“Report”un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakaya ilə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.Onun sözlərinə görə, partiyalar arasında əlaqələrin genişləndirilməsi qarşıda duran əsas məsələlərdən biridir:“Bu əlaqələrin inkişaf etdirilməsi dövlətlər arasında əlaqələrin inkişafına da öz töhfəsini verir. Biz qısa zaman ərzində iş birliyinin yeni müstəviyə keçməsinə nail olacaq”.T.Budaqov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Yeni Azərbaycan Partiyası qarşıya yeni hədəflər qoyub və bunlardan biri də partiyanın xarici əlaqələrinin genişləndirilməsidir:“Yeni Azərbaycan Partiyası Ədalət və İnkişaf Partiyası ilə birgə memorandum imzalayıb və hər iki hakim partiyanın nümayəndələri qarşılıqlı səfərlər ediblər. Biz Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hakim partiyalarının əlaqələrinin daha da genişləndirilməsinə töhfə verməyə çalışırıq”.YAP rəsmisi vurğulayıb ki, Azərbaycan və Özbəkistanın hakim partiyaları arasında yeni memorandum imzalanması gözlənilir:“Həmçinin Qazaxıstanın hakim partiyası ilə də əlaqələrimiz genişlənir. Eyni zamanda Avropada yaşayan türklərlə əlaqələrimizi genişləndirməyə çalışacağıq”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin