Dünya

Putinin Rusiyaya gələn əcnəbilərdən tələbi

“Əcnəbilər yerli qanunlara əməl etməli, dili bilməlidirlər”. 

Rusiya mediası xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkədə miqrantlarla bağlı vəziyyətdən danışarkən deyib. 

Rusiya liderinin sözlərinə görə, ölkə etnomədəni tarazlığı qorumalıdır. Hazırda Rusiya Federasiyasında miqrasiya sahəsində baş verənlər ilk növbədə işçi qüvvəsinin çatışmazlığı ilə diktə olunur. Ona görə də Rusiyaya işləməyə gələnlərin təlim keçməsi lazımdır.

“Biz Rusiya iqtisadiyyatının maraqlarına cavab verən əmək resurslarını cəlb etməliyik. Bu, hər şeydən əvvəl o deməkdir ki, bu insanlar linqvistik baxımdan, etnomədəni nöqteyi-nəzərdən hazırlanmalı, adət-ənənələrimizi bilməlidirlər, qanunlara hörmət etməlidirlər”, – deyə Putin bildirib. 

O qeyd edib ki, Rusiya hazırda MDB ölkələrində rus dilində tədris olunan rus məktəbləri açır və digər tədbirlər həyata keçirir. Lakin bu, ziyarətçilərin yaşayacaqları ölkənin dilini, qanunlarını və adət-ənənələrini yaxşı bilməsi faktını dəyişdirmir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin